Dünya

Türkiyədə zəlzələdən sağ çıxan 76 uşaq ailəsinə təhvil verilib

Sharing is caring!

Türkiyədə dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 76-sı ailələrinə təhvil verilib.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

Onun sözlərinə görə, hazırda azyaşlılardan 503-nün şəxsiyyəti məlumdur və qalanlarının şəxsiyyətinin müəyyən olunması istiqamətində iş gedir.

“Xəstəxanada 380 uşağın müalicəsi aparılır. Hazırda sığınacaqlarda 118 uşaq var. Ümumilikdə, dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 503-nün şəxsiyyəti məlumdur. Bir daha qeyd edim ki, dövlət olaraq, valideynlərini və yaxınlarını itirən bütün uşaqların hər zaman yanında olacağıq”,- deyə vitse-prezident əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir