Dünya

Çavuşoğlu: “Yaxşı qonşu belə günlərdə bəlli olur”

Sharing is caring!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələlərdən sonra bu gün ölkəyə gələn Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə Hatayda görüşündən sonra mətbuata açıqlama verib.

“Zəlzələdən dərhal sonra Türkiyəyə zəng edib yardım təklif edən ilk ölkələrdən biri Yunanıstan olub. Onlar dərhal axtarış-xilasetmə qrupları göndərərək çoxlu sayda təyyarə ilə Türkiyəyə humanitar yardım gətiriblər. Yunanıstanın göndərdiyi axtarış-xilasetmə qrupları ilə görüşdük və onlara təşəkkür etdik. Gəldikləri andan gecə-gündüz burada səy göstərdilər. Hər bir insan sağ-salamat xilas edildikdən sonra biz burada təkcə Yunanıstan komandasının deyil, bütün Yunan xalqının necə xoşbəxt olduğunu gördük”, – deyə Çavuşoğlu bildirib.

O, qeyd edib ki, yaxşı qonşu belə günlərdə bəlli olur.

“1999-cu ildə həm Türkiyədə, həm də Yunanıstanda təxminən bir ay fasilə ilə zəlzələ baş verdi. Əvvəlcə Yunanıstan köməyimizə qaçdı, sonra Türkiyə Yunanıstanın köməyinə tələsdi. Çətin anlarda bir-birimizə kömək etməyimiz vacibdir. Amma deyim ki, münasibətlərimizi yaxşılaşdırmaq üçün başqa bir fəlakət gözləmək lazım deyil. Ümid edirəm ki, fikir ayrılıqlarımızı səmimi şəkildə dialoq yolu ilə həll etmək üçün səy göstərəcəyik. Mən dostum Nikos Dendiasa və şəxsən Yunanıstan hökumətinə və bütün Yunan xalqına bu çətin zamanda göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”, – nazir yekunlaşdırıb.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir