Dünya

Keçmiş “Apple” dizayneri III Çarlzın tacqoyma mərasimi üçün loqo hazırladı – FOTO

Sharing is caring!

“Apple”ın keçmiş baş dizayneri ser Conatan Ayv Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi üçün emblem yaradıb.

Müvafiq məlumat Britaniya kral ailəsinin rəsmi saytında yer alıb.

“Emblem Böyük Britaniyanın dörd xalqının florasını bir araya gətirərək III Çarlzın təbiətə olan məhəbbətinə ehtiramını ifadə edir: İngilis qızılgülü, şotland şeytanqanqalı, uels nərgizləri və irland şamroku. Çiçəklər birlikdə Əlahəzrətin 6 may şənbə günü Vestminster Abbatlığında mərasim zamanı qoyacağı Müqəddəs Edvard Tacının formasını yaradır.

Emblem Böyük Britaniya bayrağının rənglərindən olan qırmızı, ağ və mavi rənglərdən istifadə edilməklə hazırlanıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir