Dünya

Türkiyədə zəlzələdə uçan binalardakı çatışmazlıqlara görə 8 nəfər həbs edilib

Sharing is caring!

Türkiyədə zəlzələ nəticəsində uçan binalarda aşkarlanan tikinti qüsurları ilə bağlı səkkiz nəfər barəsində qanuni tədbir görülüb. 

Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində doqquz saatlıq fasilə ilə 7,7 və 7,6 maqnitudalı zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun qeydə alındığı yeraltı təkanlar Türkiyənin 10 vilayətini əhatə edib.

Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri ötüb.

Mənbə: “Habertürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir