Dünya

KİV: “İran hakimiyyətinin Almaniyada yaşayan iranlılara qarşı casusluq halları artıb”

Sharing is caring!

Almaniya hökuməti ötən il İranda kütləvi etirazlar başlayandan sonra bu ölkənin kəşfiyyat orqanlarının Almaniyada yaşayan iranlılara qarşı casusluq fəaliyyətinin artdığını açıqlayıb.

Bu barədə yerli “Welt am Sonntag” qəzeti məlumat yayıb.

“İran hakimiyyəti müxalifət qruplarını və ayrı-ayrı şəxsləri rejimin mövcudluğuna təhlükə kimi qiymətləndirir”, – deyə federal hökumət solçu Linke partiyasının sorğusuna cavab olaraq bildirib.

Ölkənin daxili kəşfiyyat xidməti Almaniya, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan 160 nəfəri müəyyən edib.

“İslam İnqilabı Keşikçiləri Korpusunun geniş yayılmış casusluq fəaliyyəti, xüsusən də Almaniyadakı İsrailyönlü hədəflərə qarşı yönəlib”, – deyə qəzet hökumətin bəyanatından sitat gətirib.

Xatırladaq ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, qız baş örtüyünü düzgün taxmadığına görə saxlanılıb. O, dindirilmə zamanı ürəktutmasından dünyasını dəyişib.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir