Dünya

Misirli ər rusiyalı arvadını öldürmək üçün qatil tutdu

Sharing is caring!

Omskda yaşayan və ikili vətəndaşlığı olan Qahirə sakini Məhəmməd əl-Səid Əbu Elala Rusiyada mühasib xanımla ailə qurub.

Lakin mədəniyyətlər arasındakı fərqlər öz təsirini göstərib və ailə həyatı boşanma ilə nəticələnib.

Misirli birlikdə əldə etdiklərini bölüşmək istəməyib və 700 min rubla (təxminən 16 245 manata) sifarişli qatil tapıb. Sonradan məlum olub ki, qatillərin axtarışı üçün saytlarda qeydiyyatdan keçən cinayət axtarış idarəsinin üzvləridir.

Polis qatil rolunu məharətlə oynayıb. Təhlükəsizlik qüvvələri qadının guya ölmüş fotosunu ərinə göndərib. Kişi pulun qalan hissəsini verməyə gəldikdə isə həbs olunub.

Faktla bağlı cinayət işi açılıb. Misirlini ömürlük həbs cəzası gözləyir.

Mənbə: Shot

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir