Dünya

Qaziantepdə zəlzələdən 76 saat sonra 3 nəfər dağıntılar altından xilas edildi – FOTO/VİDEO

Sharing is caring!

Türkiyənin Qaziantep şəhərində baş verən zəlzələdən 76 saat sonra 3 nəfər dağıntılar altından xilas edilib.

Episentri Pazarcık və Elbistan rayonları olan və 10 şəhəri təsir altına alan zəlzələlərdən sonra Qaziantepdə binaların dağıntıları altında axtarış-xilasetmə işləri davam etdirilir.

Mərkəz Batıkent məhəlləsində 14 mərtəbəli binanın dağıntıları altından səslər eşidildikdən sonra bölgədə işlər daha da intensivləşib. Nəticədə uzun müddət sonra hələlik adları məlum olmayan 3 nəfər sağ tapılıb. Dağıntılar altından çıxarılan yaralı ailə alqışlarla qarşılanıb.

Zəlzələdən 76 saat sonra yaralılar ilişib qaldıqları yerdən çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanaya göndəriliblər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir