Dünya

Dağıntılar altında tapılan sağlamlıq imkanları məhdud olan qız xilas edilməsini istəmədi – VİDEO

Sharing is caring!

Türkiyənin Hatay şəhərində dağıntılar altında 5 nəfərlik suriyalı ailənin sağlamlıq imkanları məhdud olan qızı tapılıb.  

İstanbul Esenyurt Bələdiyyəsinin axtarış-xilasetmə qrupları 16 yaşlı Fatma adlı qıza 54 saat sonra çatıb.

Lakin o, əvvəlcə çıxarılmasını istəməyib. “Gəlməyəcəyəm, yatacağam”, – deyə qız bildirib.

Sağlam olaraq dağıntılar altından çıxarılan qız təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin atası, anası və bir qardaşının öldüyü məlum olub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir