Dünya

İranda girov müqabilində azadlığa buraxılan qadın vəkil şübhəli şəkildə öldü – FOTO

Sharing is caring!

İranın Kirman əyalətinin Vəkillər Assosiasiyasının ictimaiyyətlə əlaqələr xidməti ölkə miqyasında keçirilən etiraz aksiyaları zamanı həbs edilən və iki ay əvvəl azadlığa buraxılan vəkillərdən biri olan Məryəm Arvinin vəfat etdiyini açıqlayıb.

Məlumatlara görə, xanım Məryəm Arvin dekabr ayında girov müqabilində həbsdən azad edilib.

Onun şübhəli ölümü məhkəməsi üçün nəzərdə tutulan tarixdən bir həftə əvvəl baş verib.

Qeyd edək ki, son vaxtlarda İranda keçirilən etirazlar zamanı həbs olunanların bir çoxu azadlığa buraxıldıqdan sonra bir-iki ay ərzində həyatını itir və bu məqam hamının təəccübünə səbəb olur.

Məryəm Arvin 30 noyabr 2022-ci il tarixində İranın İnqilab Məhkəməsinin hakimi ilə şifahi münaqişəyə görə və son etirazlarla bağlı müvəkkilini müdafiə edərkən həbs edilmiş və 12 dekabr 2022-ci il tarixində girov müqabilində azadlığa buraxılmışdı.

Qeyd edək ki, İran hakimiyyəti Məryəm Arvinin anası Təyyibə Nəzərini də həbs edib.

Mənbə: “İrbriefing” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir