Dünya

Xilas edildiyi deyilən “Hatayspor”un qanalı futbolçusu hələ də dağıntılar altındadır – FOTO

Sharing is caring!

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan “Hatayspor”un futbolçusu Kristian Atsunun xilas edildiyi barədə yayılan məlumatlar yanlışdır.

Bu barədə “Hatayspor” baş məşqçisi Volkan Demirel bildirib.

O, qanalı futbolçu Kristian Atsu və idman direktoru Taner Savutdan hələ xəbər almadıqlarını açıqlayıb.

“Lütfən, əmin olmadan o sağ qaldı, bu xilas edildi deyə yazmayın. İnsanların ailələri var, ümidlər, kədərlər, ağrılar artır. Kristian və Tanerdən hələ xəbər yoxdur. Onlar xəstəxanada olsaydılar, məgər mən bunu paylaşmazdım?”, – deyə məşqçi bildirib.

O, insanların bəzən havanın belə çətinliklə keçə bildiyi boşluqdan sağ çıxarıldığını xatırladaraq, başqaları kimi bu idmançıların da xilasına ümidini ifadə edib.

“Məlumat əldə olunduqca hər şeyi paylaşacağam”, – deyə Demirel sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl mediada “Nyukasl”ın keçmiş yarımmüdafiəçisi Kristian Atsunun dağıntılar altından xilas edildiyi barədə məlumat yayılmışdı.

Mənbə: Hurriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir