Dünya

Türkiyədə dağıntılar altında qalan sakin: “Bunu çəkdim ki, ölsəm, mübarizəm görünsün” – FOTO/VİDEO

Sharing is caring!

“Bu videonu çəkdim ki, ölsəm, mübarizəm görünsün”.

Oxu.Az-ın məlumatına görə, kadrları çökmüş binanın dağıntıları altında qalan Adnan Fırat çəkib və özünün “Twitter” hesabında paylaşıb.

Onun sözlərinə görə, evdən çıxarkən bina uçub.

“Son pillələr qalmışdı. Bəlkə də tam düşə bilməməyim yaxşı oldu. Ora tamam daşların altındadır”, – deyə zərərçəkən bildirib.

Xoşbəxtlikdən haradansa onun yanına mişar düşübmüş. Adana sakini onun köməyi ilə ayağının üstünə düşən dəmirləri kəsə bilib.

Artıq A.Fırat xilas edilib. O, bununla bağlı paylaşdığı növbəti tvitində xəstəxanadan görüntüsünü yayımlayaraq, artıq hər şeyin yolunda olduğunu deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir