Dünya

Suriyada zəlzələdən sonra məhkumlar qiyam qaldırıblar: İŞİD silahlıları həbsxanadan qaçıblar

Sharing is caring!

Suriyada baş verən zəlzələdən sonra İŞİD terror təşkilatına aid olmaqda şübhəli bilinən azı 20 məhbus həbsxanadan qaçıb.

Məhbuslar Türkiyə sərhədinə yaxın Racu şəhəri yaxınlığındakı həbsxanada saxlanılıblar. Ümumilikdə həbsxanada 2 minə yaxın məhbus olub, onlardan 1,3 mini terror qruplaşmasının silahlıları ola bilər.

Zəlzələ nəticəsində həbsxana binasına ziyan dəyib. Bundan istifadə edən məhkumlar qiyam qaldırıb və müəssisənin bir hissəsini ələ keçiriblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir