Dünya

İsraili qış qasırğası bürüdü

Sharing is caring!

Bazar ertəsi İsraili meteoroloqlar tərəfindən “Barbara” adlandırılan qış fırtınası bürüyüb.

Milli Meteorologiya Xidməti dənizdə şaxtalı külək təhlükəsi və kəskin əlverişsiz hava şəraiti ilə əlaqədar ölkə boyu təhlükənin “narıncı” – sondan əvvəlki səviyyəsini elan edib.

Gün ərzində ölkə ərazisində güclü külək, leysan və tufan müşahidə olunub. Bəzi yerlərdə küləyin sürəti 27,7 m/s-ə çatıb ki, bu da Bofort şkalası üzrə “şiddətli tufan” deməkdir.

“Barbara” mərkəzi Tel-Əvivdə olan ölkənin ən böyük dənizkənarı aqlomerasiyasına da təsir edib. Təl-Əvivdə pis hava şəraitində sahilyanı kafe və restoranların terrasları bağlanıb. Ölkənin bir çox bölgələrindən fırtınalı havanın səbəb olduğu müxtəlif hadisələr barədə xəbərlər gəlir.

Meteoroloqların proqnozlarına görə, Kipr və Yunanıstandan gələn “Barbara” qasırğasının yaratdığı əlverişsiz hava ən azı cümə axşamına qədər İsraildə davam edəcək. Sinoptiklər çərşənbə axşamı İsraildə temperaturun aşağı düşməkdə davam edəcəyini, güclü yağış və külək təhlükəsinin davam edəcəyini proqnozlaşdırırlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir