Dünya

Məşhur türkiyəli aktyor Milanda evləndi – FOTO

Sharing is caring!

Məşhur türkiyəli aktyor Bora Akkaş iki ildir sevgili olduğu Oben Alkanla İtaliyanın Milan şəhərində ailə həyatı qurub.

Xoşbəxt cütlüyü Hazal Kaya, Sarp Akkaya, İbrahim Selim, Zeynep Bastik, Cenk Tosun, Demet Evgar kimi məşhurlar təbrik edib.

Bora Akkaş “Üç kuruş”, “Ayak işleri”, “Yeşilçam” və “Geniş ailə” kimi layihələrdə rol alıb.

Milanda ailə həyatı quran Bora Akkaş və Oben Alkan cütlüyünün nikahı Türkiyə Baş Konsulluğunda qeydə alınıb. Nikaha Bora və Obenin dostları da qatılıb.

Toydan sonra Milanın küçələrini gəzən məşhur cütlük sosial media hesablarında paylaşım ediblər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir