Dünya

ABŞ rusiyalı oliqarxın 5 milyon dollardan çox vəsaitini müsadirə edəcək

Sharing is caring!

Rusiyalı oliqarx Konstantin Malofeyevin 5,4 milyon dolları müsadirə ediləcək.

ABŞ-nin Manhetten Dairə Federal Məhkəməsi prokurorluğa oliqarxın bu vəsaitini müsadirə etməyə icazə verib.

Bu pulların isə Ukraynaya verilə biləcəyi qeyd edilir.

“Rusiyalı iş adamından müsadirə olunan vəsait Ukraynaya yönəldiləcək. Bu pullar Rusiyanın Ukrayna xalqı və torpağına vurduğu fəlakətin dəyəri ilə müqayisədə cüzidir, lakin töhfə verilməsi  vacibdir”, – deyə Ədliyyə Nazirliyinin “KleptoCapture” hədəf qrupunun rəhbəri Endryu Adams bildirib.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir