Dünya

Estoniyada Zelenskinin “Azadlıq” heykəli qoyuldu – FOTO

Sharing is caring!

Estoniyanın Tırva şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin qumdan hazırlanmış nəhəng heykəli qoyulub.

Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas “Instagram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, heykəl Azadlıq Parkında yerləşir. Kaya Kallas qeyd edib ki, şəhər sakinləri parkı ötən ilin iyununda açıblar və söz veriblər ki, Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada qalacaq.

“Estoniyalıların Ukraynaya dəstəyi sarsılmazdır və Estoniyanın hər yerində bu hiss olunur. Tırvada yerli sakinlər Ukraynaya həsr olunmuş Azadlıq parkı yaradıblar. Bu parkda Prezident Zelenskinin monumental qum heykəli var. Sakinlər Ukrayna müharibədə qalib gələnə qədər heykəli orada saxlamağa qərarlıdırlar”, – deyə Baş nazir bildirib.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir