Dünya

Asiyanın ən zəngin adamı dəyişdi

Sharing is caring!

Hindistanlı milyarder Qautam Adani Asiyanın ən zəngin adamı titulunu itirib. “Forbes” və “Bloomberg” ekspertləri onun sərvətini yenidən hesablayaraq azaldıblar.

İndi Asiyanın əsas varlısı başqa bir hindistanlı – Mukeş Ambanidir.

Qeyd edək ki, Adaninin sərvəti “Adani Group” konqlomeratının böyük şirkətlərinin səhmlərinin satılmasından sonra kəskin şəkildə azalıb.

Hazırda onun varidatı 75,1 milyard dollar qiymətləndirilir. Hindistanın ən böyük holdinqi “Reliance Industries”in sahibi Mukeş Ambani isə 83,7 milyard dollar sərvətə sahibdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir