Dünya

Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı

Sharing is caring!

“Zirə”, “Sabah” və “Səbail”in sabiq futbolçusu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.

IV liqa təmsilçisinin rəsmi saytında verilən məlumatına görə, 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Klub təcrübəli vingerin çıxışından razı olsa da, maliyyə problemlərinə görə bu addımı atıb.

Qeyd edək ki, Elgün Nəbiyev ötən mövsümün əvvəlindən “Limanoviya” komandasında çıxış edirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir