Dünya

Türkiyə Danimarkaya nota verdi

Sharing is caring!

Türkiyə Danimarkanın Ankaradakı səfiri Denni Annana nota təqdim edilib.

Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı edilən hücuma icazə verilməsinə görə Danimarkanın Ankaradakı səfiri Denni Annan Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, XİN-ə çağırılan səfirə bildirilib ki, Türkiyə Qurana qarşı təxribat xarakterli hərəkəti qəti şəkildə pisləyir.

Danimarkanın bu münasibətinin qəbuledilməz olduğu səfirə çatdırılıb və sözügedən hərəkətin davam etdirilməsinə icazə verilməyəcəyinin gözlənildiyi vurğulanıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir