Dünya

Keçmiş kəşfiyyatçı Putinin bunkerlərindən danışdı: Rusiya prezidenti harada gizlənə bilər?

Sharing is caring!

“Rusiya Prezidenti Vladimir Putin çoxlu bunkerlərə sahibdir. Ancaq onların heç də hamısı uzunmüddətli yaşayış üçün nəzərdə tutulmayıb”.

Bu barədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov FREEDOM telekanalının efirində bildirib.  

Jirnov məlumat verib ki, hələ Stalinin hakimiyyəti dövründə Kremlin altında bunker olub. Həmçinin onun zamanında metro xətti də çəkilib ki, bu xətt vasitəsilə o, istənilən vaxt sakitcə Kremli tərk edə bilərdi.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşının sözlərinə görə, ikinci bunker “Ramenki-43” adlanır və həmçinin Moskvada yerləşir.

“Bundan əlavə, bütün xüsusi xidmət orqanlarının bunkerləri var, DTK-nın da bir neçə obyekti var, Baş Qərargah bir neçə obyektə sahibdir”, – deyə Sergey Jirnov əlavə edib.

O qeyd edib ki, həmçinin Putin üçün Novo-Oqaryovoda bunker tikilib.

“Əlbəttə ki, onun iqamətgahlarının olduğu hər yerdə bunkerlər var. Başqa bir məsələ isə bu bunkerlərin nə qədər dərin olması və uzunmüddətli yaşayış üçün nə dərəcədə təchiz olunması ilə bağlıdır. Bax belə bunkerlərin sayı o qədər də çox deyil”, – deyə o vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir