Dünya

Niderlandda ictimai nəqliyyat işçiləri tətilə başladılar: Reyslər təxirə salındı – FOTO

Sharing is caring!

Niderland Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə ictimai nəqliyyat işçiləri ölkə daxilində ikigünlük tətilə başlayıblar.

Dövlət Dəmir Yolları (NS) işçiləri tətilə qatılmayıblar. Tətildə bir çox regional qatar, avtobus, tramvay və digər ictimai nəqliyyat işçiləri iştirak edirlər.

Tətil səbəbindən regional qatar və avtobus nəqliyyatında gecikmələr yaşanıb, bir çox reyslər ləğv edilib.

Tramvay nəqliyyatının dayandığı Utrext şəhərində avtobusların hərəkətində ciddi gecikmələr yaranıb.

İctimai nəqliyyat şirkətləri onlara təklif olunan səkkiz faiz artımın qeyri-kafi olduğunu, bunun 14 faizə çatdırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir