Dünya

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə edib

Sharing is caring!

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Antoni Blinken ilə görüşüb.

Görüşdən sonra mətbuata açıqlamalarla çıxış edən rəsmilər söhbət zamanı ABŞ-dən Türkiyəyə F-16 qırıcılarının tədarükü, terrorla mübarizə, NATO çərçivəsində əməkdaşlıq, Ukrayna, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslərin müzakirə olunduğunu bildiriblər.

Türkiyənin F-16 tələbinin təkcə Türkiyə üçün deyil, NATO və ABŞ-ın təhlükəsizliyi üçün də əhəmiyyətli olduğunu bildirən Çavuşoğlu, “Bizim əməkdaşlığımız və ortaq strateji maraqlarımıza uyğun olaraq bu tələbin təsdiqlənməsini gözləyirik”, – deyib. Türkiyə-ABŞ Strateji Mexanizmini institutlaşdıracaqlarını ifadə edən Çavuşoğlu bu mexanizmin indiyə qədər çox faydalı olduğunu vurğulayıb.

Blinken isə Türkiyə-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayaraq, müttəfiq olaraq iki ölkə arasında bəzi məsələlərdə fikir ayrılıqlarının olduğuna diqqət çəkib.

Türkiyənin Qara Dəniz Taxıl Dəhlizi Sazişindəki rolunu yüksək qiymətləndirdiklərini vurğulayan Bilinken, başda Ukrayna olmaqla, bölgədəki bir çox problemi və iki müttəfiq olaraq Türkiyə-ABŞ əməkdaşlığını müzakirə etdiklərini bildirib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir