Dünya

Stokholmda daha bir güclü partlayış – FOTO

Sharing is caring!

Stokholmun şimal-qərbindəki Kista biznes rayonunda yeni güclü partlayış baş verib.

Partlayıcı qurğu yerli vaxtla saat 4:27-də (Bakı vaxtı ilə 7:27) inzibati binalardan birinin yaxınlığında işə düşüb. Bir neçə şirkətin ofisinin yerləşdiyi binaya ciddi ziyan dəyib. Binanın girişi dağılıb, birinci və ikinci mərtəbələrə xeyli ziyan dəyib.

Partlayış sübh vaxtı baş verdiyi üçün xəsarət alan olmayıb.

Polis hadisə ilə İsveç paytaxtında əvvəlki partlayışlar arasında əlaqə axtarır.

“Bu partlayıcı qurğu ilə əvvəllər tapılanlar arasında oxşarlıq olub-olmadığını öyrənmək üçün bizim texniklərimiz hadisə yerinə gəliblər”, – deyə hüquq-mühafizə orqanının əməkdaşı bildirib.

Onun sözlərinə görə, yeni partlayış Stokholmda indiyə kimi baş verənlər arasında ən güclüsü olub.

Xatırladaq ki, ötən gün Stokholmun mərkəzində, Södermalm rayonunda yerləşən restoranlardan birinin yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində binanın girişi tamamilə dağılıb və fasadına ciddi ziyan dəyib. Dekabrın sonu və yanvarın əvvəlləri arasında şəhərdə yaşayış binalarının yaxınlığında da bir neçə partlayış baş verib. İsveç polisi hadisələri araşdırır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir