Dünya

Rusiyada 320 kiloqamlıq xəstəni daşıyan həkimlər rekord qırdılar – VİDEO

Sharing is caring!

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşemuraşkinski rayonunun həkimləri bu peşə sahibləri arasında ağırlıqqaldırma üzrə rekordu yeniləyiblər. Onlar təxminən 320 kq ağırlığındakı 51 yaşlı xəstəni daşımalı olublar.

Rayon Səhiyyə Nazirliyinin şöbə müdiri David Məlik-Hüseynov bildirib ki, yeni nailiyyət öz mürəkkəbliyi və ağırlığı ilə ötən ilki 255 kq-a yaxın çəkisi olan xəstənin daşınması əməliyyatınını geridə qoyub və tarixi çəki rekordu kimi qeydə alınıb.

Onun sözlərinə görə, əməliyyatda 20-dən çox insan iştirak edib ki, onların arasında təcili yardım, fəlakət tibbi mərkəzi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da olub.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir