Dünya

İlon Mask “Instagram”ın əsas çatışmazlığını açıqladı – FOTO

Sharing is caring!

“Twitter”in rəhbəri İlon Mask bildirib ki, “Instagram” sosial şəbəkəsində fotolara baxmaq insanları depressiyaya salır.

“Instagram” insanları depressiyaya salır, “Twitter” isə onları əsəbiləşdirir. Hansı daha yaxşıdır?” – milyarder öz paylaşımında yazıb.

Biznesmen həmçinin vurğulayıb ki, şəxsən onun üçün “Twitter”də yazılara baxmaq gülüş doğurur.

Mask bildirib ki, “Instagram”ın əsas çatışmazlığı “insanların həyatlarının əslində olduğundan daha yaxşı görünməsi”dir. Onun fikrincə, “Instagram” insanları olduğundan daha yaxşı və xoşbəxt göstərə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir