Dünya

Bayden Administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışı üçün icazə istəyəcək

Sharing is caring!

Bayden Administrasiyası ABŞ Konqresindən Türkiyəyə 20 milyard dollar dəyərində yeni F-16 reaktiv qırıcılarının satışını təsdiq etməsi üçün razılıq almağa hazırlaşır.

Eləcə də administrasiya ayrıca olaraq yeni nəsil F-35 döyüş təyyarələrinin Yunanıstana satışına razılıq verməsi üçün Konqresə müraciət ünvanlayacaq.

ABŞ rəsmilərinin sözlərinə görə, bu, son illər xarici ölkələr üzrə həyata keçirilən dünyada ən böyük silah satışı olacaq.

Rəsmilər bildiriblər ki, Konqresin təsdiqi Türkiyənin Finlandiya və İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması ilə bağlı sazişi imzalamasından asılıdır.

Administrasiyanın bir ildən artıqdır nəzərdən keçirdiyi Türkiyəyə satış gözlənildiyindən də böyük olub. Təkliflərlə tanış olan rəsmilərin sözlərinə görə, buraya 40 yeni təyyarə və Türkiyənin mövcud F-16-larından 79-nun əsaslı təmiri üçün dəstlər daxildir.

Səlahiyyətlilərdən birinin sözlərinə görə, Türkiyəyə satış həmçinin 900-dən çox “hava-hava” raketi və 800 bombanı ehtiva edir.

Mənbə: “The Wall Street Journal”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir