Dünya

Ukraynalılar Fransa məhsullarından imtina edirlər – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Xerson, Nikolayev və Dnepropetrovsk vilayətləri yenidən Rusiya Ordusunun raket hücumlarına məruz qalıb. İşğaldan azad olunmuş Xerson şəhəri xüsusilə hədəf seçilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları nəticəsində Baxmut ətrafındakı bir neçə qəsəbəyə nəzarəti ələ keçirib.

O da bildirilib ki, Ukraynada Fransanın bir neçə ərzaq şirkətinə qadağa qoyulması ilə bağlı petisiya başladılıb. Buna səbəb həmin ərzaq şirkətlərinin Rusiyada geniş fəaliyyət göstərməsidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir