Dünya

ABŞ-nin birinci xanımı dəri xərçəngindən əməliyyat olundu – FOTO

Sharing is caring!

ABŞ-nin birinci xanımı Cill Bayden dəri xərçəngindən əməliyyat olunub.

Bu barədə ABŞ Prezidentinin həkimi Kevin Okonnor açıqlama verib və açıqlama Ağ Ev tərəfindən dərc olunub.

Bildirilib ki, Cill Bayden Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinə baş çəkib və orada dəri xərçəngindən müalicə üçün əməliyyat keçirib. Əməliyyat zamanı onun dərisində yaranan xərçəng toxumaları aradan qaldırılıb.

Həkim Kevin Okonnor qeyd edib ki, sağ gözün üstündəki xərçəng toxumasının çıxarılması əməliyyatı aparılıb. Onun sözlərinə görə, mütəxəssislər dərinin bu nahiyəsini daim nəzarətdə saxlayacaqlar.

Həkim əlavə edib ki, əməliyyatdan əvvəl dəridə xərçəng toxumasının yarandığı daha bir nahiyə aşkarlanıb və o da çıxarılıb.

Bildirilib ki, əməliyyatdan sonra Cill Bayden özünü yaxşı hiss edir.

Mənbə: Mir24.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir