Dünya

Şahzadə Harri: “Həyatda olmağımın səbəbi qardaşımın xəstələnmə ehtimalıdır” – FOTO

Sharing is caring!

Britaniya kral ailəsinin sirlərini açıqladığı avtobioqafik kitabı satışa çıxarılan şahzadə Harri uşaqlıq travmaları ilə bağlı açıqlamaları ilə gündəmdə qalmağa davam edir.

Harri “Spare” (Ehtiyat”) adlı kitabında qeyd edib ki, onun həyatda olmasının səbəbi böyük qardaşı, hazırda taxtın bir nömrəli varisi olan Şahzadə Uilyamın xəstələnmə ehtimalıdır.

38 yaşlı şahzadə bildirib ki, qardaşına böyrək və ya qan köçürülməsi lazım olarsa, ona donor olmaq, orqanlarını ona bağışlamaq üçün ehtiyat tədbiri kimi dünyaya gətirilib. Həmçinin bu barədə uşaqlıqdan bildiyini də qeyd edib.

Uşaqlığı ilə bağlı təfərrüatı açıqlayan Harri böyük qardaşı ilə çətin münasibətlərindən danışıb. O bildirib ki, hətta ailə üzvləri belə, Uilyamın varis, onun isə ehtiyat varis olduğunu açıq şəkildə ifadə ediblər.

Şahzadə vurğulayıb ki, dünyaya gəlməsinin səbəbi qardaşı üçün əyləncə olmaq və zərurət yaranarsa, ona donor kimi orqanlarını bağışlamaq olub. Harri doğulduqdan sonra atası Kral III Çarlzın anası Şahzadə Dianaya dediyi sözləri xatırladıb. “Əla, mənə bir varis verdin, bir də ehtiyat varis verdin. Artıq işim bitdi”, – deyə o atasının sözlərini sitat gətirib.

Şahzadə Harri həmçinin özündən iki yaş böyük olan qardaşı Uilyamın mübahisə zamanı onu döydüyündən də bəhs edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir