Dünya

Zelenski: “Üçüncü dünya müharibəsi olmayacaq”

Sharing is caring!

“Keçən ilin ən yaxşısı – sizsiniz. Azad dünyanın azad insanları…”

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Qızıl Qlobus” film mükafatının izləyicilərinə müraciəti zamanı deyib.

Ukrayna prezidentini amerikalı aktyor və rejissor Şon Penn təqdim edib. O, ötən ilin noyabrında Kiyevdə Zelenski ilə görüşüb və Ukrayna haqqında sənədli film çəkib.

Daha sonra Zelenski tamaşaçılara videomüraciət edib və 1944-cü ildə baş tutan ilk “Qızıl Qlobus”u xatırladıb.

“İkinci Dünya müharibəsi hələ bitməmişdi, amma vəziyyət dəyişmişdi, hamı kimin qalib gələcəyini bilirdi. Qarşıda hələ döyüşlər və göz yaşları var idi, məhz o zaman 1943-cü ilin ən yaxşı ifaçılarını təltif etmək üçün “Qızıl Qlobus” mükafatı yarandı… İndi 2023-cü ildir, Ukraynada müharibə hələ bitməyib, amma vəziyyət dəyişir”, – deyə o qeyd edib.

Prezident vurğulayıb ki, bu müharibədə kimin qalib gələcəyi artıq bəllidir. Qeyd olunur ki, Zelenski Ukraynanın qələbəsi ilə bağlı proqnozunu açıqlayanda tamaşaçılar alqışlayıblar.

“Qarşıda hələ döyüşlər və göz yaşları var, amma indi mən dəqiq deyə bilərəm ki, keçən ilin ən yaxşısı kimdir. Bu – sizsiniz. Azad dünyanın azad insanları. Bizim azadlıq uğrunda ümumi mübarizəmizdə azad Ukrayna xalqının dəstəklənməsi ətrafında birləşənlər…

Üçüncü dünya müharibəsi olmayacaq, bu, trilogiya deyil. Ukrayna Rusiyanın torpaqlarımıza təcavüzünü dayandıracaq”, – deyə Zelenski vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir