Dünya

İranın futbol klublarını beynəlxalq yarışlardan uzaqlaşdıra bilərlər – FOTO

Sharing is caring!

“İranın futbol klublarına Asiya Çempionlar Liqasına qatılmaq üçün lisenziya verilməyə bilər”.

Bunu İran Futbol Federasiyasının sədri Mehdi Tac bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Əvvəllər klublar qadağa riski ilə üzləşirdilər. Bundan sonra peşəkarlıq lisenziyaları sənədlərinin saxtalaşdırılması ilə bağlı hər hansı qayda pozuntusu müşahidə olunarsa, klublarla yanaşı, futbol federasiyasının da fəaliyyəti üç il müddətinə dayandırılacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, Tehranın “İstiqlal” və “Persepolis” klubları peşəkar lisenziya ilə bağlı saxta sənədlər təqdim etdiklərinə görə iki il öncə Asiya Futbol Konfederasiyası tərəfindən fəaliyyətləri dayandırılıb və bu qadağa son günlər aradan qaldırılıb.  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir