Dünya

Kaliforniyada şiddətli qasırğa: On minə yaxın adam təxliyə ediləcək, ölənlər var – FOTO

Sharing is caring!

ABŞ-nin Kaliforniya ştatında şiddətli yağış və fırtına səbəbilə 14 nəfər həyatını itirib, 10 minə yaxın adam üçün təxliyə qərarı verilib.

Sakinlər daha yüksək yerlərə getməyə çağırılıblar. Eyni zamanda Santa Barbara şəhərində də təxliyə mərkəzi yaradılıb.

Ölkənin Milli Meteoroloji Xidmətindən verilən açıqlamada, xüsusilə Kaliforniyanın cənubunda fırtına və güclü yağış ehtimalının bu gün də davam etdiyi bildirilib.

ABŞ prezidenti Co Bayden ştatda fırtına, külək və yağışlarla əlaqədar yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.

Mənbə: Los Angeles Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir