Dünya

Peruda yeni etiraz dalğasında azı 17 nəfər öldü

Sharing is caring!

Perunun Xulyaka şəhərində hökumət əleyhinə etirazlar insan ölümləri ilə nəticələnib.

İğtişaşlar zamanı azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.

Həyatını itirənlərdən biri azyaşlıdır. Bundan əvvəl 12 nəfərin öldüyü bildirilmişdi.

Yanvarın 6-da Xulyaka hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Nümayişçilər ölkə Prezidenti Dina Boluartenin istefasını və yeni dövlət başçısı üçün seçkilərin keçirilməsini tələb edirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir