Dünya

Yunanıstan Türkiyə ilə sərhəd boyu hasar çəkəcək

Sharing is caring!

Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunluğu boyu hasar çəkəcək.

Bu barədə ölkənin mülki müdafiə naziri Takis Teodorikakos bildirib.

“Xarici işlər və müdafiə üzrə Hökumət Şurası Evros çayının bütün uzunluğu boyunca, yəni Yunanıstan və Avropanın Türkiyə ilə sərhədlərində hasar çəkmək barədə qərar qəbul edib. Mülki Müdafiə Nazirliyi bu qərarı həyata keçirməyə borcludur. Onun ümumi uzunluğu 140 km-dir”, – deyə o qeyd edib.

Teodorikakos hasarın ilk 35 km-nin tikintisinə dərhal başlanacağını vurğulayıb. Bunun üçün Yunanıstan hökumətinin 100 milyon avro ayırmağı planlaşdırdığı bildirilir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir