Dünya

Molla rejimi tələbələrinin saxlanılmasına etiraz edən qəzvinli müəllimi həbs etdi – FOTO

Sharing is caring!

Güney Azərbaycanın Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərlə üzləşən müəllim tələbələrinin həbs edilməsinə etiraz etdiyinə görə cəzalandırılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir