Dünya

ABŞ tarixində edam cəzasında ilk: Hüquq müdafiəçiləri ayağa qalxdı – FOTO

Sharing is caring!

ABŞ-də ilk dəfə transgenderi ölüm cəzası gözləyir.

Missuri ştatından 49 yaşlı Ember Maklaflinə verilən hökmün icrası bu günə təyin olunub.

Maklaflin 2003-cü ildə Missuri ştatında keçmiş sevgilisini öldürüb və təcavüz edib. Həmin vaxt o, hələ cinsiyyətini dəyişməmişdi.

Birinci dərəcəli qətlə görə məhkum edilən qatil 2006-cı ildə həbsxanada cinsiyyətini dəyişib.

Emberin müdafiəçiləri onun cinayətini çətin və travmatik uşaqlıq dövrü, ciddi psixi sağlamlıq problemləri ilə əsaslandırırlar. Həmçinin məhkəmə LGBT icmasını damğalamaqda ittiham olunub.

Fəallar və bəzi senatorlar da qatilin əfv olunmasını istəyirlər. Maklaflin edamını yalnız Missuri qubernatoru ləğv edə bilər.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir