Dünya

Qazaxıstanda fövqəladə vəziyyət elan edilib

Sharing is caring!

Güclü külək elektrik xətlərini zədələdiyi üçün Qazaxıstanın Cambıl vilayətinin Sarısu rayonunun hakimiyyət orqanları Janatas şəhərində təbii fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bu barədə çərşənbə axşamı Jambıl vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Sarısu rayonunun Janatas şəhərində 30 m/s-ə çatan güclü külək davam edir. Janatas-Su-Jılu şəhər kommunal müəssisəsinin ayrı-ayrı generatorlarının gücü belə şəraitdə işləmək üçün kifayət deyil. Gülək nəticəsində 20 elektrik ötürücü dirəyi yıxılıb”, – məlumatda deyilir.

Bildirilib ki, külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.

Qeyd edək ki, Janatasda 21 mindən çox insan yaşayır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir