Dünya

Türkiyənin ilk CEO-su vəfat etdi

Sharing is caring!

Türkiyədə ilk rəsmi baş icraçı direktor (CEO) vəzifəsini daşıyan Həsən Güləşçi vəfat edib.

“Sabancı Holdinq”in eks-rəhbəri ölkədə ilk peşəkar menecer hesab olunurdu.

Şirkət Güləşçinin ölümü ilə bağlı başsağlığı verib.

Bildirilib ki, mərhum 1961-2010-cu illərdə holdinqdə çalışıb, 1985-2000-ci illərdə şirkətin baş koordinatoru və baş icraçı direktoru olub, 1996-2010-cu illər arasında holdinqin müxtəlif şirkətlərində İdarə Heyətinin üzvü vəzifəsində işləyib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir