Dünya

Son 600 ildə papalıqdan imtina edən ilk din xadimi vəfat etdi

Sharing is caring!

Sabiq Roma Papası XVI Benedikt 95 yaşında vəfat edib.

Alman kardinal, görkəmli ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq papalıq taxtına çıxıb. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Roma Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah etmişdi.

XVI Benedikt Vatikan bağlarında monastırda yaşayırdı.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir