Dünya

Türkiyədə Ülkü Ocaqlarının keçmiş sədri silahlı hücumda öldürüldü – FOTO

Sharing is caring!

Türkiyənin Ankara şəhərində elm xadimi, Ülkü Ocaqlarının keçmiş sədri Sinan Atəş və tanışı Selman Bozkurt silahlı hücuma məruz qalıblar.

Motosikletdə olan şəxsin atəş açması nəticəsində Sinan Atəş başından, Selman Bozkurt isə çiynindən vurulub.

Hadisə yerinə gələn həkimlər müdaxilə etsələr də, xəstəxanaya aparılan Sinan Atəş həyatını itirib.

Hadisə yerinə çox sayda polis cəlb edilib. Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Demokrat Partiyasının sədr müavini və Ordu şəhərinin deputatı Camal Enginyurt sosial media hesabından paylaşım edərək yazıb:

“Ülkü Ocaqlarının keçmiş sədri qardaşım Sinan Atəş xain tələdə şəhid oldu. Allah qatillərə rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun inşallah”.

Mənbə: Cümhuriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir