Dünya

Rusiyanın bir respublikasında spirtli içki satışına qadağa qoyuldu

Sharing is caring!

Rusiyanın Tuva Respublikasında yanvarın 8-dək spirtli içkilərin satışına tam qadağa qoyub. Qərar vətəndaşların təhlükəsizliyi əsas gətirilərək verilib.

Qeyd edilir ki, hökumətin tövsiyəsi ilə Yeni il, Milad bayramları və istirahət günlərində ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə respublikanın bələdiyyələrində spirtli içkilərin satışına qadağa qoyulub.

Rəsmilərin polislə birlikdə satış məntəqələrində yoxlama aparmaları planlaşdırılır.

Kızıl meriyasının qərarından belə çıxır ki, spirtli içkiləri yalnız ictimai iaşə obyektlərində almaq mümkün olacaq.

Mənbə: Tayga.info

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir