Dünya

Xəstəxana müştərilərinə bayram təbriki əvəzinə xərçəng olduqları barədə mesaj göndərib

Sharing is caring!

İngiltərənin Donkaster şəhəri yaxınlığındakı xəstəxanada xəstələrə Milad bayramı təbriki əvəzinə ağciyər xərçənginə tutulduqlarını bildirən xəbərdarlıq gəlib.

Askern Tibb Təcrübəsi xəstəxanasında qeydiyyatda olan yüzlərlə insana səhvən ağır diaqnozlu mesajlar gəlib. Mesajda “Diaqnozunuz metastazları olan aqressiv ağciyər xərçəngidir”, – yazılıb.

Həmin xəstələr arasında ağciyər xərçəngi testinin nəticəsini gözləyən Cənubi Yorkşir ştatının Norton şəhərindən olan 57 yaşlı Kris Rid də olub. O, xəstəxanaya zəng vurmağa çalışıb, ancaq xətlər daim məşğul olub.

Britaniyalının özü həkimə gələrək mesajın səhvən göndərildiyini və analizlərinin nəticəsinin mənfi olduğunu öyrənib.

“Cəmi bir saat ərzində “Sizdə ağciyər xərçəngi var”dan “Milad bayramınız mübarək”ə keçdilər. Bu, inanılmazdır”, – deyə Rid hiddətlənib.

Xəstəxana daha sonra qəzəbli və qorxmuş xəstələrə üzrxahlıq və təbrik mesajları göndərib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir