Dünya

Şamanlar Rusiya ilə Ukrayna arasında münaqişənin sonunu “görüblər”

Sharing is caring!

Rusiya ilə Ukrayna arasında hərbi münaqişə 2023-cü ildə bitə, sülh müqaviləsi yayın sonunda imzalana bilər.

Bu qənaətə Peruda dini mərasim keçirən bir qrup şaman gəlib.

Şamanların mərasimi hər il dekabrın sonunda keçirilir. Onlar bu dəfə mərasimdə gül, buxur, ilan və Rusiya və Ukrayna prezidentlərinin fotoşəkillərindən istifadə ediblər.

Şaman Kleofe Sedano avqusta qədər sülh müqaviləsinin imzalanacağını proqnozlaşdırıb:

“Bütün bunlar sakitləşəcək. Sülh, sakitlik gələcək. Gördüyümüz budur”.

Bundan əlavə, şamanlar gələn il təbii fəlakətlər proqnozlaşdırıblar. Beləliklə, Şimali Amerikada, bəlkə də, ABŞ-də zəlzələ baş verə bilər.

“Çoxlu faciələr olacaq, bunlar, əsasən, iqlimlə bağlıdır”, – deyə onlar əlavə ediblər.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir