Dünya

SEPAH media nümayəndələrini hədələdi: “Hər birinizə ayrı-ayrılıqda cavab veriləcək” – FOTO

Sharing is caring!

İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif ölkə xaricində fəaliyyət göstərən farsdilli medianı təhdid edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi xarici ölkələrdə İranla bağlı fəaliyyət göstərən media orqanlarını düşmən adlandırıb. O iddia edib ki, media iranlıların düşüncə tərzlərini dəyişməyə və mənfi təsir yaratmağa çalışır.

Şərif xaricdəki mediaya nəzarət etdiklərini də vurğulayıb və onların hər birinə ayrı-ayrılıqda cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə gün öncə SEPAH-ın Qüds korpusunun komandanı İsmail Qaani də xaricdə fəaliyyət göstərən medianı hədələyib.

“Bizə qarşı media fəaliyyəti göstərənlər bir gün ağır zərbə alacaqlar”, – deyə Qaani təhdid edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir