Dünya

Rusiyalı milyarder Afrikadan kömək istədi

Sharing is caring!

Rusiya Aİ-nin sanksiyalarını yumşaltmağa nail olmaq üçün fərqli yollara baş vurur.

Məlum olub ki, gübrə istehsalı ilə məşğul olan rusiyalı milyarder Andrey Melniçenko Afrikadakı siyasətçilərə lobbiçilik edir.

Bununla da Avropa İttifaqına “sanksiyalar probleminin həlli”ni tapması üçün təzyiq göstərmək niyyətindədir. Onun sözlərinə görə, bu sanksiyalar məhsul və kənd təsərrüfatı üçün həyati əhəmiyyətli maddələr dövriyyəsinin qarşısını alır.

Bildirilir ki, Melniçenko hakim Afrika Milli Konqresinin seçkiqabağı konfransının kuluarlarında siyasətçilərə lobbiçilik etmək üçün Cənubi Afrikaya uçub. Belə ki, Andrey Melniçenko Aİ-yə ünvanlanmış “sanksiya problemini həll etmək” çağırışlarında Afrikanın onu dəstəkləməsini istəyir. O bəyan edib ki, proqnozlaşdırılan və 12 ay ərzində sanksiyalara görə itirilən gübrə tədarükü 200 milyondan çox insanın qidalandırılması üçün kifayət edəcək qədər taxıl yetişdirilməsinə imkan verə bilər.  

“Mən düşünürəm ki, ərzaq çatışmazlığından əziyyət çəkən insanlar münaqişədə tərəf tutmamalıdırlar”, – deyə Melniçenko vurğulayıb.

Mənbə: “Bloomberg”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir