Dünya

“Apple” şirkəti məhkəməyə verildi

Sharing is caring!

“Apple” şirkətinin keçmiş hüquqşünası Ceyna Riçardson Uitt “Apple”i məhkəməyə verib.  

Buna səbəb onun qanunsuz olaraq işdən çıxarılmasıdır.

Keçmiş əməkdaşın sözlərinə görə, şəxsi münasibətdə olduğu kişi həmkarı onu ölümlə hədələyib və o, bununla bağlı rəhbərliyə şikayət edib. Lakin bu şikayətdən sonra işini itirib.

Uitt həmkarının onun gicgahına silah tutduğu videonu sübut kimi təqdim edib, lakin şirkət bu problemi həll etməkdən imtina edib.

Qadın bildirib ki, “məişət zorakılığı qurbanı statusu” məlum olduqdan sonra “Apple” şirkəti onun namizədliyinə qarşı sanksiyalar tətbiq edib.

Mənbə: “Bloomberg”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir