Dünya

İranda fiziki məhdudiyyətli qız təhlükəsizlik idarəsinə çağırılıb – VİDEO

Sharing is caring!

İsfahanda yaşayan fiziki məhdudiyyətli Ava Cahangiri telefonla təhlükəsizlik orqanlarından birinə çağırılıb. 

“Azad İran” “Telegram” kanalının məlumatına görə, A.Cahangiri də bu haqda video çəkərək, özünün “Instagram” hesabında paylaşıb.

“Təhlükəsizlik qurumlarından biri tərəfindən çağırılmışam və gələcək taleyim necə olacaq bilmirəm. Bilmirəm ədalət və ya sülh varmı… amma ümid var, həmişə ümid var”, – deyə qız bildirib.

Qeyd edək ki, Ava Cahangiri ümumxalq etirazları zamanı hicabını çıxarıb, əlil arabasında küçədə digər vətəndaşlara gül verirdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir