Dünya

Türkiyədə fərqli etiraz: Kəfən geyinib küçəyə çıxdılar – FOTO

Sharing is caring!

Türkiyənin Tunceli şəhərində sakinlər ağacların kəsilməsinə fərqli formada etiraz ediblər.

Kənd sakinləri Avropa İttifaqının maliyyə dəstəyi, Tunceli bələdiyyəsinin rəhbərliyi ilə yeddi rayonun bələdiyyə sədrləri tərəfindən mərkəzin Sütlüce kəndi yaxınlığında 18 hektar sahədə tikilməsi planlaşdırılan “Bərk Tullantıların Utilizasiyası Qurumu” layihəsinə qarşı çıxıblar.

Bölgədə 55 min ağacın kəsiləcəyinə, təbiətin məhv ediləcəyinə etiraz edən insanlar kəfən geyinərək tabutla etiraza çıxıblar.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir