Dünya

Qayday: “Ukrayna hərbçiləri Svatovoya yaxınlaşırlar, qondarma Luqansk administrasiyası qaçıb”

Sharing is caring!

“Ukrayna hərbçiləri Luqansk vilayətinin Svatovo şəhərinə daha çox yaxınlaşır. Bu arada rusiyalılar qondarma Luqansk administrasiyasını artıq şəhərdən çıxarıblar”.

Bunu Ukrayna Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O, qeyd edib ki, hazırda vəziyyət stabildir: “Hələlik hər şey stabildir. Bu yaxınlarda işğal olunmuş yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tuturlar. Nevski və Makeyevkaya davamlı zərbələr endirirlər. Hərdən tanklar da haradansa yarıb keçməyə çalışırlar”.

Onun sözlərinə görə, rusiyalılar Nevskidə 150-yə yaxın yerli sakinin qaldığını bilirlər, ona görə də kəndə doğru nəinki “S-300” raketlərini atırlar, hətta İrana məxsus “Shahed” kamikadze-dronlarını belə, göndərirlər.

“Onlar hər yerə kifayət qədər güclü zərbələr endirirlər (Rusiya qoşunları – red.), amma heç nəyə nail ola bilmirlər. Bundan başqa, deyə bilərəm ki, qondarma Luqansk administrasiyası Svatovonu tərk edib”, – deyə Qayday əlavə edib.

Mənbə: Rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir