Dünya

DÇ-2022-nin ən yaxşı qolu məlum oldu – FOTO/VİDEO

Sharing is caring!

Futbol üzrə 2022-ci il dünya çempionatının ən yaxşı qolu məlum olub.

Braziliyanın Serbiyaya 2:0 hesabı ilə qalib gəldiyi oyunda Riçarlisonun vurduğu qol Dünya Çempionatının ən yaxşısı seçilib.

FİFA-nın verdiyi məlumata görə, azarkeşlərin səsverməsində rəqiblərini üstələyən Riçarlison Qətərdə keçirilən Dünya Çempionatında ən yaxşı qolun müəllifi seçilib.

Braziliyalı futbolçu bu qola G qrupunda Serbiya ilə keçirilən oyunun 73-cü dəqiqəsində imza atıb. Riçarlison Vinisius Juniorun sol cinahdan penalti nöqtəsinə doğru yönəltdiyi topa dəqiq şəkildə toxunaraq özünün və komandasının ikinci qolunu vurmuşdu.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir